Rusiya zooparklarının birində pişik anası ölmüş kirpi balalarını övladlığa götürüb, Oxu.Az Rusiya KİV-lərinə istinadən xəbər verir.
Anaları öləndə kirpi balalarının gözləri hələ açılmamışdı və onlar müstəqil yeyə bilmirdilər. Balaları zooparkın əməkdaşları iki gün əmziklə yedirtməyə çalışsalar da, onların cəhdi boşa gedib.
Köməyə Musya adlı pişik gəlib. Ana pişik hər iki saatdan bir kirpiləri öz balaları kimi yedirtməyə başlayıb. Hazırda balalar özlərini yaxşı hiss edirlər.
N.O.