Futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin oyunlarına start verilib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycanın “Qəbələ” klubu səfərdə Yunanıstanın “Panatinaikos” komandasının qonağı olub.
Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0.
Qarşılaşmada yeganə qolu 37-ci dəqiqədə penalti zərbəsindən Molins vurub.
Cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.
S.B.
www.oxu.az