Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Polşanın baş naziri: "Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq"
"Qarşıdakı həftələr Ukraynadakı münaqişə və Qərbin gələcəyi üçün həlledici olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk özünün "X" hesabında yazıb.
"Növbəti həftələr təkcə Ukraynadakı müharibə üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq", - deyə o paylaşım edib.
Bundan əlavə, Polşa hökumətinin başçısı Qərb ölkələrini Rusiya rəhbərliyi ilə "telefon diplomatiyası" qurmağa cəhd etdiklərinə görə tənqid edib.
"Bu danışıqlar Ukraynaya Qərbin real dəstəyini əvəz edə bilməz", - o bildirib.
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə söhbət baş tutub.
No-one will stop Putin with phone calls. The attack last night, one of the biggest in this war, has proved that telephone diplomacy cannot replace real support from the whole West for Ukraine. The next weeks will be decisive, not only for the war itself, but also for our future.
— Donald Tusk (@donaldtusk) November 17, 2024
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Polşa ordusu hazır vəziyyətə gətirildi - SƏBƏB
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək