ABŞ hakimiyyəti Belarusdan Moskva və Vaşinqton arasında seçim etməsini istəmir.
TASS xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Belarus lideri Aleksandr Lukaşenko ilə görüş zamanı deyib.
Onun sözlərinə görə. Belarusla Rusiya münasibətlərinin uzun tarixi var və ABŞ Minski seçim qarşısında qoymayacaq. Pompeo həmçinin ABŞ-ın Belarusa səfir təyin etmək niyyətində olduğunu söyləyib.