Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Priqojin Şoyqudan xahiş etdi: “Baxmutdakı “Vaqneri” “Axmat”la dəyişin”
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyquya bəyanat ünvanlayıb.
Bəyanat Priqojinin mətbuat xidməti tərəfindən dərc olunub.
Bəyanatda Priqojin Şoyqudan xahiş edib ki, “Vaqner”in Baxmutdakı mövqelərinin Çeçenistanın “Axmat” bölməsinin qüvvələrinə təhvil verilməsi ilə bağlı göstəriş versin.
Priqojin xatırladıb ki, Çeçenistan rəhbəri Ramzan Kadırov daha əvvəllər Çeçen döyüşçülərinin Baxmuta göndərilməsinə razılıq verib. O, həmçinin qeyd edib ki, “Axmat” Mariupol və digər ərazilərə hücum zamanı qəhrəmanlıq göstərib.
“Sizdən xahiş edirəm ki, “Vaqner”in mövqelərinin “Axmat” batalyonunun bölmələrinə təhvil verilməsi ilə bağlı döyüş əmri verəsiniz”, - deyə Priqojin yazıb.
Qeyd edək ki, Priqojin mayın 5-də “Vaqner” bölmələrini şəhərdən çıxarmaq niyyətində olduğunu bildirib. Kreml bu planlardan xəbərdar olduğunu açıqlayıb, lakin müharibə əməliyyatları ilə bağlı olduğu üçün şərh verməyəcəyini vurğulayıb.
Mənbə: MK.ru
"Sergey Şoyqu" teqi üzrə xəbərlər
- Qərbə anons verən İranın Rusiyaya hücumu - Hamıya açıq olacaq Zəngəzur yolu
- Şoyqu: "Moskva enerji obyektlərinə zərbələrdən imtina etdi, lakin Kiyev buna qarşı çıxdı"
- Putin Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib
- Sergey Şoyqunu Tehrana və Bakıya gətirən səbəb - Sabiq nazir mümkün variantları açıqladı
- Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?
Rəylər