Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.
“Türkiyə və Rusiya liderləri yanvarın 30-da keçirilmiş Suriya Milli Dialoq Konqresinin nəticələri ilə bağlı razılıq ifadə edib”, - deyə mətbuat xidmətinin məlumatında deyilir.
Dövlət başçıları BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında Suriya münaqişəsinin siyasi yolla həlli prosesinin effektiv şəkildə davam etdirilməsi üçün əldə olunan razılaşmaların gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.