Rusiya Prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sazişdə Moskva ilə Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi çərçivələri qeyd olunub. O, Rusiya və İranın strateji tərəfdaşlar kimi statusunu müəyyən edir və bütün sahələri, o cümlədən müdafiə, terrorla mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyanı əhatə edir.

Qeyd edək ki, razılaşma İran Prezidenti Məsud Pezeşkianın bu ilin yanvarında Moskvaya səfəri zamanı imzalanıb.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, saziş ölkələr arasında həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq arenada fəaliyyətlərin əlaqələndirilməsi baxımından münasibətləri gücləndirəcək. Sənəddə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir.