İranın ali rəhbəri Əli Xamenei ötən həftə Omanda keçirilən Tehran-Vaşinqton danışıqlarından söz açıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
O bildirib ki, bu müzakirələr İran Xarici İşlər Nazirliyinin onlarla vəzifələrindən biridir.
Xamenei danışıqları ilkin mərhələdə uğurlu addım adlandırıb.
"İran danışıqlarla bağlı nə həddən artıq optimist, nə də həddən artıq bədbindir", - deyə o bildirib.
Xamenei İranla bağlı məsələləri mütləq nüvə danışıqlarına bağlamamağa çağırıb və qeyd edib ki, əvvəlki qarşılıqlı fəaliyyətlər zamanı buraxılan səhvlər təkrarlanmamalıdır.