İndoneziyanın Bali adası yaxınlığında dalğıclar tərəfindən dənizin dibində çəkilən kadrlara qəribə heyvan düşüb.
Oxu.Az xəbər verir ki, məxluqun şəffaf başı, 13 ayağı var, bədəninin uzunluğu isə 13 sm-ə çatır.
Heyvanın mənsubiyyəti haqqında mübahisələr dəniz heyvanları həvəskarları arasında düşüb.
Bir sıra mütəxəssislərin fikrincə, heyvan “melibe viridis” növünə aid ola bilər, həmin növün nümayəndələrinə Aralıq dənizi və Qırmızı dənizdə, eləcə də Mozambik sahillərində rast gəlinir.
Elmə bunun 3 mini məlumdur, onlar forma və rənginə görə fərqlənir, əksəriyyəti isə tropik sularda yaşayırlar.
N.O.
www.oxu.az