Misirin Şarm əş-Şeyx şəhərində Qəzzada vəziyyətin tənzimlənməsi üzrə danışıqlara yollanan Qətər nümayəndə heyətinin iştirakı ilə avtomobil qəzası baş verib.
Oxu.Az bu barədə "Shafaq News" nəşrinə istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi nəticəsində nümayəndə heyətinin üç üzvü həlak olub, daha ikisi isə yaralanıb.
Məlumata görə, diplomatlar danışıqların keçiriləcəyi məkana gedərkən onların olduğu avtomobil digər avtomobillə toqquşub.
Qeyd edək ki, oktyabrın 13-də Şarm əş-Şeyxdə Qəzzada müharibənin dayandırılması dair sazişin bağlanmasına yönəlmiş danışıqlar keçiriləcək.