Qırğızıstan parlamentinin “Ata meken” deputatı Kanıbek İmanəliyev latın əlifbasına keçid təklifi ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Veçerni Bişkek” məlumat yayıb.
“Biz istənilən halda 2030-2040-cı illər üçün latın əlifbasına keçməli olacağıq, bu zamanın tələbi və texnologiyanın inkişafıdır”, - K.İmanəliyev qeyd edib.
Onun sözlərinə görə, hazırki mərhələdə ölkənin belə imkanı yoxdur, latın əlifbasına keçid üçün maddi vəsait də çatışmır, bu, yalnız 15-20 il sonra baş tuta bilər.
Xatırladaq ki, daha öncə Qazaxıstan gələn ildən latın əlifbasına keçid barədə bəyanat verib.
N.О.
www.oxu.az