Qırğızıstanda bazar günü keçirilən seçkilərdə Sosial-demokratik Partiyanın namizədi Sooronbay Jeenbekov seçicilərin yarıdan çoxunun səsini toplayıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Bişkekdə bazar ertəsi keçirilən mətbuat konfransı zamanı MSK-nin sədri Nurjan Şayldabekova məlumat verib.
“Jeenbekov 54,81% səs toplayıb, ikinci yerdə 33,74% səslə “”Respublika-Ata-Jurt” fraksiyasının lideri Omurbek Babanov qərarlaşıb”, - deyə MSK-nin sədri bildirib.
Qeyd edək ki, birinci turda qələbə çalmaq üçün namizədlər seçicilərin yarıdan çoxunun səsini toplamalı idilər.
N.O.