Pentaqon (ABŞ) Qırmızı dəniz gəmiçiliyini husilərin hücumlarından qorumaq üçün əməliyyata başladığını elan edib.
Bu barədə müvafiq açıqlamanı ABŞ-nin müdafiə naziri Lloyd Ostin verib.
Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, İtaliya, Bəhreyn, Kanada, Fransa, Niderland və Norveç Qırmızı dənizin cənubunda və Ədən körfəzində gəmiçiliyi qorumaq üçün birgə “Rifah mühafizəçisi” (“Prosperity Guardian”) əməliyyatına başlayıblar.
“Son zamanlar Yəməndən husilərin ağılsız hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur... Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün əməliyyatın yaradılmasını elan edirəm”, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının üzvləri (husilər) İsrail və HƏMAS arasında müharibə başlayandan bəri beynəlxalq sularda gəmilərə hücum edir. Müharibədə Fələstin hərəkatını dəstəkləyən husilər İsraillə əlaqəli gəmilərə hücum edəcəklərini vəd ediblər. Bunun fonunda bir çox şirkətlər Qırmızı dəniz vasitəsilə yük daşımaqdan imtina edib.
Mənbə: Kommersant.ru
Rəylər