Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qonşu ölkədə koronavirus təhlükəsi: Yeni varianta 200-ə yaxın yoluxma
Rusiyada koronavirusun yeni variantı olan FLiRT-ə 200-ə yaxın yoluxma qeydə alınıb.
Bu barədə "Rospotrebnadzor"un (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidməti məlumat verib.
"Bütün monitorinq dövründə FLiRT-ə 178 yoluxma (o cümlədən KP.2 - üç hal, KP.1.1 - beş hal, KS.1 - 170 hal) müəyyən edilib", - deyə məlumatda vurğulanıb.
Departament qeyd edib ki, aşkar edilmiş yeni koronavirus variantları digər növlərdən daha böyük təhlükə yaratmır.
Məlumatda deyilir ki, FLiRT variantları dominant JN.1 variantının uzaq qohumlarıdır, onların hamısı "Omikron" ailəsinə aiddir.
FLiRT variantının səbəb olduğu xəstəliyin simptomlarına qızdırma, öskürək, burun tutulması və ya axıntı, boğaz ağrısı, dad və ya qoxu itkisi daxildir.
Qeyd edək ki, alimlər bu ştamm səbəbindən COVID-19-a yoluxma hallarının artacağını proqnozlaşdırıblar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, FLiRT variantı artıq Avropanın 14 ölkəsində, eləcə də İsraildə tapılıb. FLiRT həm də ABŞ-də dominant ştamdır.
Mənbə: RIA Novosti
Rəylər