İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Siti" "Liverpul"u qəbul edib.
Oxu.Az xəbər verir ki, "Etihad" stadionundakı matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Holand (29), Qonsales (45+3) və Doku (63) "şəhərlilər"ə üstünlük qazandıran qollara imza atıblar - 3:0.
Qeyd edək ki, bu oyun "Siti"nin çalışdırıcısı Pep Qvardiolanın karyerasında 1000-ci matç olub.
Hazırda onun yetirmələri turnir cədvəlində 22 xalla ikinci, "Liverpul" isə 18 xalla səkkizinci yerdədir.
Qvardiolanın 1000-ci oyununa hədiyyə: "Mançester Siti" "Liverpul"a şans vermədi