Martın 8-də Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 28 nəfərə çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yaralıların olduğu müalicə mərkəzlərinə istinadən “Prensa Libre” portalı məlumat yayıb.
Daha öncə 21 yeniyetmənin öldüyü barədə məlumat yayılmışdı.
Həkimlərin məlumatına görə, keçən gecə ərzində aldıqları yanıq yaralarından daha bir neçə uşaq dünyasını dəyişib.
Qvatemala hakimiyyəti uşaqların ölümü ilə əlaqədar üçgünlük matəm elan edib. Qvatemala prokurorluğunun nümayəndəsi Abner Palasios bildirib ki, alışmanın səbəbi mərkəzdə qalan yeniyetmələrdən birinin öz döşəyini yandırması, bu alovun binaya yayılması ola bilər.
9 mart, 09:33
Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 21 nəfərə çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkə paytaxtındakı “Roosevelt” xəstəxanasının rəhbərliyi məlumat yayıb.
Həkimlərin sözlərinə görə, yanıq xəsarətləri almış daha 2 yeniyetmə xəstəxanada dünyasını dəyişib. Bununla yanaşı, yaralıların da sayı 39 nəfərə qədər artıb, “Prensa Libre” portalı məlumat yayıb. Onlar iki Roosevelt və San Juan de Dios hospitalına yerləşdiriliblər.
“Bəzi xəstələr əməliyyat olunub, bəzilərinə isə süni nəfəs aparatı qoşulub”, - San Juan de Dios xəstəxanasının həkimi Xuan Antonio Vilyeda bildirib.
Qvatemala hakimiyyəti uşaqların ölümü ilə əlaqədar üçgünlük matəm elan edib. Qvatemala prokurorluğunun nümayəndəsi Abner Palasios bildirib ki, alışmanın səbəbi mərkəzdə qalan yeniyetmələrdən birinin öz döşəyini yandırması, bu alovun binaya yayılması ola bilər. Yanğından öncə 600 yeniyetmənin yerləşdiyi mərkəzdən 60 yeniyetmə qaçıb. Onlar qəddar münasibətə və pis qidalanmaya qarşı qiyama qalxıblar.
8 mart 22:29
Qvatemalada reabilitasiya mərkəzində baş verən yanğın nəticəsində ölən uşaqların sayı 19-a çatıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 9 uşağın öldüyü bildirilirdi.
Yanğın zamanı xəsarət alan 20 nəfər xəstəxanalara yerləşdirilib. Reabilitasiya mərkəzində baş verən yanğının səbəbi məlum deyil. Hadisə yerində polis və yanğınsöndürənlər işləyir.
21:45
Qvatemalanın paytaxtında ailə zorakılığı qurbanları üçün reabilitasiya mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində 9 uşaq ölüb
Oxu.Az-ın məlumatına əsasən, bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.
Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, yanğın zamanı 17 nəfər ölüb, 30 nəfər yaralanıb. Faciənin səbəbləri hələ ki, açıqlanmır.
N.О.