Fransa məhkəməsi az yaşlı fahişə qızla cinsi əlaqədə olmaqda ittiham olunan "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi və “Real”ın hücumçusu Kərim Benzemaya bəraət verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, az yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham olunan müsəlman futbolçuların günahları sübut olunmayıb.
Qeyd edək ki, 2009-cu ildə baş vermiş hadisə zamanı Riberi və Benzema az yaşlı Zahi Deharın “xidmət”lərindən istifadə etməkdə şübhəli bilinirdilər. Onların az yaşlı fahişə qızla əlaqələrin olması ilə bağlı ittihamlar sübut olunmayıb. Məhkəmədə hər 2 futbolçu onlara qarşı irəli sürülən ittihamları rədd edib. Və fahişənin dəqiq yaşlarını bilmədiyini bildiriblər.
Xatırladaq ki, bu olay Fransada böyük qalmaqala səbəb olub. Son illərdə Fransa millisinin şərəfini qoruyan adıçəkilən futbolçulara münasibətin də dəyişməsinə səbəb olmuşdu.
Səbəb isə olayın video görüntülərinin yayılması və görüntülərdəki qızın uşaq olmasının açıq aydın görünməsi idi.
Görünür məhkəmə ittihamları sübut edə biləcək dəlilləri yetərli saymadığından futbolçuların günahsız olması barədə qərar verib.