"Roskaçestvo" əvvəllər Ermənistandan olan müxtəlif kateqoriya mallarda çatışmazlıqlar aşkar etmişdi, lakin istehsalçılar onları operativ şəkildə aradan qaldırmışdılar".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Keyfiyyət Sisteminin (Roskaçestvo) rəhbəri Maksim Protasov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Roskaçestvo" malların tədqiqatlarını istehsal olunduğu ölkəyə görə deyil, istehlakçıların konkret kateqoriya və ya konkret məhsul markalarına marağı əsasında aparır:
"Buna görə də, əgər indi istehlakçılar tərəfindən Ermənistanda istehsal olunmuş mal kateqoriyalarına maraq yaranarsa, biz əlbəttə ki, kütləvi yoxlamalar aparacağıq".
Qeyd edək ki, mayın 30-dan Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Ermənistandan Rusiyaya pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
İyunun 2-dən eynilə gilas, albalı, ərik, şaftalı, gavalı, nektarin və üzüm tədarükünə də belə məhdudiyyətlər tətbiq olunub. Bundan əlavə, iyunun 3-dən Ermənistandan nar, badımcan, kartof və quru meyvələrin idxalı məhdudlaşdırılıb.