Rusiya ilə Ermənistan arasında qazın qiyməti ilə bağlı imzalanmış sazişin müddəti dekabrın 31-də başa çatacaq.
Oxu.Az xəbər verir ki, Ermənistanın “Jamanak” qəzeti bu məsələyə diqqət yetirib.
“Əldə etdiyimiz məlumatlara görə, hazırda Rusiya ilə qazın qiyməti ilə bağlı danışıqlar aparılmır. Bu, o deməkdir ki, yanvarın 1-dən Moskva Yerevana satdığı qazın qiymətini artıracaq.
Ermənistan hakimiyyəti Rusiya rəhbərliyini erməni ictimaiyyəti haqqında düşünməməkdə ittiham edəcək. Ancaq başa düşmək lazımdır ki, burada əsas məsuliyyəti ölkənin hazırkı rəhbərliyi daşıyır”, - nəşr bildirib.
Samir İsayev
www.oxu.az
Oxu.Az yeniləndi!