Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayanıb
Rusiya və Gürcüstan sərhədində "Yuxarı Lars" keçid məntəqəsinin qarşısında müxtəlif ölkələrdən 1 325 yük maşını növbədə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik" yazır.
Bildirilir ki, yük maşınlarının təxminən 400-ü Ermənistana məxsusdur.
Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Marşrut Vladiqafqazdan Tbilisiyə qədər, "Yuxarı Lars" sərhəd-keçid məntəqəsindən keçir.
"Yük maşını" teqi üzrə xəbərlər
Ən çox oxunanlar