Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya səfiri: "Ermənistan bizə qarşı "ikinci cəbhə" kimi istifadə edilməməlidir"
Rusiya ümid edir ki, Ermənistan hökuməti ölkənin Moskva ilə qarşıdurmada "ikinci cəbhə" açmaq üçün istifadə olunmasına imkan verməyəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın 168.am portalına müsahibəsində bildirib.
"Biz çoxdan qeyd etmişik ki, regionda fəal olan Qərb ölkələrinin xeyirxah bəyanatlarının arxasında gizli niyyətlər dayanır. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və onun üzvü olan dövlətlərin rəsmilərinin maskaları düşüb və açıq şəkildə bəyan etməyə başlayıblar ki, onlar Rusiya, eləcə də Çinin və İranın Cənubi Qafqaza təsirini azaltmaq niyyətindədirlər. Erməni tərəfdaşlarına "münasibətlərin şaxələndirilməsində" kömək etmək bəhanəsi ilə İrəvan və Moskva arasında müttəfiqlik əlaqələrini məhv etməyə yönəlmələri də bununla əlaqədardır", - deyə səfir qeyd edib.
Diplomat əlavə edib ki, Rusiya İrəvanın regionda Rusiya ilə qarşıdurmanın "ikinci cəbhəsi"nin açılması üçün özünün istifadə edilməsinə imkan verməyəcəyini və Avrasiyaya inteqrasiya məsələsində dinamik inkişaf edən proseslərdə iştirakına xələl gətirməyəcəyini gözləyir.
"Rusiya-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə AÇIQLAMA
- Ermənistanda yayımlanan Rusiya telekanallarının sayı azaldılır
- Rusiya XİN: "Moskva Ankara ilə İrəvan arasında yaxınlaşma səylərini dəstəkləyir"
- Ermənistan BMT-də Rusiyanı ittiham edən qətnaməni dəstəkləyib
- Rusiya və Ermənistan arasında aqrosənaye mallarının dövriyyəsi 16% artıb