Rusiya ordusunun Ukraynanın Ternopol şəhərini atəşə tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub.
Oxu.Az-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Məlumata görə, 73 nəfər yaralanıb ki, onlardan 15-i uşaqdır.
Bölgədə təcili xilasetmə əməliyyatları davam edir.