Rusiyanın Peterburq şəhərindəki 684 saylı orta məktəbdə qalmaqal baş verib.
Оxu.Az TASS-a istinadən xəbər verir ki, müəllim şagirdin alnına "durak", yəni "axmaq" sözü yazıb. Məhkəmə isə müəllimə 1000 rubl, yəni 17 dollar cərimə kəsib.
Hadisədən xəbər tutan valideyn Təhsil Nazirliyi və prokurorluğa şikayət edib. Müəllim məhkəmə qarşısında cavab verməli olub.
Məktəbdən qovulan müəllim cəriməni ödəməli olub.
N.H.