Rusiyanın Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, qurum qabaqcıl inkişaf ərazilərində iş icazəsi alan və orada çalışan əcnəbilərin rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları üzrə imtahanlardan azad olunmasını təklif edib.
Oxu.Az-ın verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, bu təşəbbüs həmin bölgələrə investisiyaların cəlb olunmasına və iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edir.
Qeyd edək ki, hazırda yüksəkixtisaslı kadrlar, bəzi əcnəbi jurnalistlər və kvota çərçivəsində iş icazəsi ilə fəaliyyət göstərən miqrantlar bu cür imtahanlardan artıq azad ediliblər.
Qabaqcıl inkişaf əraziləri Rusiyanın monoşəhərlərində və qapalı şəhərlərində fəaliyyət göstərir. Bundan əlavə, Uzaq Şərqdə bu cür 16, Arktikada isə 2 xüsusi ərazi yaradılıb.