Rusiyada Moskva ətrafındakı hərbi hissənin əsgəri xidmət yoldaşlarına atəş açdıqdan sonra özünə qəsd edib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Moskva Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 17-də gecə saatlarında Moskva vilayətindəki hərbi hissənin ərazisində müşahidə postunda xidmət aparan hərbçi silahla davranış qaydalarını pozaraq müqavilə üzrə xidmət edən hərbçini ölümcül yaralayıb", - qurumdan bildirilib.
Qeyd olunur ki, hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Rusiyada Moskva ətrafındakı hərbi hissədə həqiqi hərbi xidmət göstərən əsgər xidmət yoldaşlarına atəş açıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə iz.ru mənbəyə istinadən məlumat yayıb.
Hadisə Naro-Fominsk rayonu ərazisindəki hərbi hissədə baş verib. Qeyd olunur ki, atışma nəticəsində hərbi hissədə iki nəfər həlak olub.
Mənbənin verdiyi məlumata əsasən, atışma nəticəsində beş nəfər xəsarət alıb. Əsgərlərdən biri ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralılardan biri anasına zəng edərək baş verənlər barədə məlumat verib. Bundan sonra qadın hərbi hissəyə tibb işçilərini və polisləri çağırıb.