Rusiyanın Soçi hava limanında iki təyyarə toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Cənub Nəqliyyat Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Tümenə uçmalı olan təyyarə uçuş-eniş zolağına doğru hərəkət edərkən Norilskdən gələn təyyarə ilə toqquşub.
İdarənin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.