Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları "Ura.ru" nəşrinin redaktoru Denis Allayarovu ikinci dəfə saxlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kommersant" qəzeti güc strukturlarındakı mənbəyə istinadən məlumat verib.
Məlumata görə, bu, jurnalistin Rusiya İstintaq Komitəsində dindirildikdən sonra sərbəst buraxılmasından sonra baş verib. Mənbənin bildirdiyinə görə, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 272.1-ci (şəxsi məlumatları ehtiva edən kompüter məlumatlarından qanunsuz istifadə, toplama və saxlama) maddəsi ilə iş açılıb.

Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları "Ura.ru" xəbər agentliyinin Yekaterinburqdakı ofisindəki iş kompüterlərində media orqanının əməkdaşlarının mütəmadi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarından əməliyyat hesabatları aldıqları və onların əsasında xəbərlər yazdıqları barədə sübutlar aşkar ediblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
"İş kompüterlərində hüquq-mühafizə orqanlarının əməkdaşları nəşrin mütəmadi olaraq əməliyyat hesabatları alması və onlara əsaslanan xəbərlər dərc etməsi ilə bağlı kifayət qədər sübutlar tapıblar", - deyə məlumatda qeyd edilib.
"Ura.ru" nəşri Yekaterinburqdakı redaksiyasında və bir neçə əməkdaşın mənzillərində axtarışların aparıldığı barədə yayılan xəbərləri təsdiqləyən bəyanat yayıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
"Rusiya İstintaq Komitəsinin əməkdaşları baş ofisin işini dayandırıb və redaksiyanın işini bloklayıblar", - deyə məlumatda bildirilib.
Nəşr "Telegram" kanallarında axtarışın səbəbləri kimi göstərilən versiyaları isə "ən qeyri-adi və aldadıcı" adlandırıb.
"Hər hansı şəkildə həkimlərin maliyyələşdirilməsi və ya digər hallardan söhbət getmir", - deyə redaksiyadan qeyd edilib.
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları "Ura.ru" xəbər agentliyinin binasında axtarışlar aparırlar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
"Müstəntiqlər axtarış üçün "Ura.ru" xəbər agentliyinin ofisinə basqın ediblər", - deyə agentliyin mənbəsi bildirib və təfərrüat açıqlanmayıb.
Həmçinin "E1.RU" "Telegram" kanalının bildirdiyinə görə, "Ura.ru"nun redaksiyasında aparılan axtarışlardan əvvəl nəşrin iki əməkdaşı, o cümlədən redaktoru Denis Allayarov saxlanılıb.
"Bu, gündəlik icmaldan məlumat ötürən keçmiş polis əməkdaşının saxlanılması ilə bağlı ola bilər", - deyə nəşr yazıb.
Eyni zamanda istintaq hərəkətlərinin "Ura.ru"nun 2020-ci ildə "Həkimlər Alyansı" həmkarlar ittifaqı (təşkilat Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib) tərəfindən maliyyələşdirilməsi ilə də bağlı ola biləcəyi qeyd edilir.
Qeyd edək ki, "Ura.ru" nəşri 2006-cı ildə yaradılıb və əsas ofisi Yekaterinburqda yerləşir.