Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyada Orta Asiya ölkələri üçün viza rejiminin tətbiq edilməsini tələb edirlər
Federasiya Şurasının Müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç Orta Asiyanın bir sıra ölkələri ilə viza rejimi tətbiq etməyin vacib olduğunu hesab edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bazar ertəsi bildirib.
Onun sözlərinə görə, hər şeyin öz həddi var.
“Sızranın sabiq polis rəisinin və ailəsinin Orta Asiyadan olan şəxslər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, bu, artıq bütün sərhədləri aşır”, - senator qeyd edib. O həmçinin Moskvada uşağı qətlə yetirən Özbəkistandan olan dayəni də xatırladıb.
Klinseviç qeyd edib ki, Rusiya onun üçün nəyin vacib olduğunu müəyyən etməlidir: “Bizim dəyər verdiyimiz sabiq sovet respublikaları ilə yaxşı münasibət və ya vətəndaşlarımızın təhlükəsizliyi”.
“Hələlik ikisini də uyğunlaşdırmaq mümkün deyil, mən birtərəfli olaraq viza rejiminin tətbiq edilməsinə tərəfdaram və əlimdə olan bütün vasitələrlə bu istiqamətdə addımlayacam”, - o vurğulayıb.
Senator əlavə edib ki, söhbət hazırda Qazaxıstan və Qırğızıstandan gedir.
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda kişi bayram günü İTKİN DÜŞDÜ
- Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür
- "Hraparak": "Azərbaycan Ermənistandan işğal etdiyi daha dörd kəndini tələb edir"
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib