Sankt-Peterburqdan İstanbula uçan və Buxarestdə təcili eniş edən təyyarənin göyərtəsində dünyasını dəyişən şəxsin tanınmış dirijor Sergey Stadler olduğu məlum olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Xalq artisti, "Peterburq-konsert" təşkilatının bədii rəhbəri və Sankt-Peterburq Simfonik Orkestrinin baş dirijoru Sergey Stadler uçuş zamanı vəfat edib.
Qeyd edək ki, Sergey Stadler dünyaşöhrətli musiqiçi olub. O, karyerası ərzində 90-dan çox ölkədə qastrol səfərlərində iştirak edib və 70-dən artıq musiqi diski yazdırıb.

Rusiyadan Türkiyəyə uçan təyyarə Rumıniyanın paytaxtı Buxarestdə təcili eniş etməli olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarə uçuş zamanı fövqəladə vəziyyət siqnalı verərək Buxarest hava limanına eniş üçün icazə istəyib. Planlaşdırılmamış enişə səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Qeyd olunub ki, sərnişini xilas etmək mümkün olmayıb və o, enişdən sonra göyərtədə vəfat edib.