Avqust ayının 7-də, cümə günü Rusiyanın Bryansk şəhərinin ərazisində genişmiqyaslı yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Exilenova+" "Telegram" kanalı məlumat yayıb.
İlkin məlumatlara əsasən, yanğınlar Bryansk gömrük idarəsinin və anbarların yerləşdiyi ərazidə baş verib.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə partlayış səslərinin eşidilməsi ilə bağlı xəbərlər yayılmışdı.
Qaynar xətt:
(055) 224 12 12