Rusiyada "Qazprom neft-kimya Salavat" MMC bu səhər yenidən pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Başqırdıstan başçısı Radi Xabirov "Telegram" kanalında məlumat yayıb.
"Qazprom neft-kimya Salavat" yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk", - deyə o yazıb.
R.Xabirov qeyd edib ki, hadisə yerində təcili xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür.
"Qazprom neft-kimya Salavat" MMC - Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən Rusiyanın ən böyük neft-kimya kompleksidir.