Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynada kriminala qarşı sıfır dözümlülük siyasətinin tətbiqini təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24”-ü yazır.
“Cəmiyyət öz müvəkkillərini qorumalıdır. Gürcüstanda biz sərt qaydaları tətbiq edənə qədər vətəndaşlara və polislərə hücum edən yaraqlılara qarşı atışırdıq”, - Saakaşvili bəyan edib.
O xatırladıb ki, o, Odessa vilayətinə rəhbərlik etdiyi zaman vilayət üzrə DİN idarəsinin rəhbəri Lordkipanidze fövqəladə vəziyyətlərdə dərhal atəş açmaq səlahiyyətinə malik idi.
N.O.
www.oxu.az