Ukraynanın Miqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin qardaşı David Saakaşvilini sərbəst buraxıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə vəkil Pavel Boqomazov məlumat verib.
“Onlar David haqqında hansısa sənədlər hazırlamağa çalışıb. Bu, nə sənədlərdir, təəssüf ki, indiyə qədər biz də bilmirik. Heç onun özünə də normal izah etməyiblər. Əlinə də heç bir sənəd verməyiblər”, - deyə vəkil bildirib.
13:38
Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş rəhbəri Mixeil Saakaşvilinin qardaşı Davidi saxlayıblar.
Oxu.Az-ın APA-ya istinadən məlumatına əsasən, bu barədə Mixeil Saakaşvili “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin nümayəndələri qardaşım David Saakaşvilini Kiyevdə evindən çıxarkən saxlayıblar. Onu naməlum istiqamətə aparıblar. O, hüquqşünasdır. Onun Ukraynada yaşamaq üçün icazəsi var. Görünür, onlar mənə təsir etmək istəyirlər. Bu təsir nəticəsində məni Ukraynaya qayıtmaq fikrimdən daşındırmaq istəyirlər. Siz məni çox pis tanıyırsınız! Bu addımınız mənim Ukraynanı və ukraynalıları özbaşınalıqdan müdafiə etməklə bağlı qətiyyətimi daha da möhkəmləndirir”, - deyə o qeyd edib.
DİN isə bəyan edib ki, David Saakaşvili Ukraynada qanunsuz olaraq yaşayıb və onun ölkədən deportasiya olunmasına hazırlıq gedir.
S.B.
www.oxu.az