Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şahzadə Harri ona qarşı hazırlanan sui-qəsddən danışdı: "Məni mühafizə xidmətindən məhrum etdilər"
Şahzadə Harri ona qarşı sui-qəsd hazırlandığını öyrənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, BBC-yə müsahibəsində danışıb.
Şahzadə Harri anası şahzadə Diananın ölümünün təsadüf olmadığına dair sui-qəsd nəzəriyyəsinə eyham vurub. Onun sözlərinə görə, bu əhvalatın təkrarlanmasını istəyənlər var.
"Mən hazırda bu məlumatı açıqlamayacağam, lakin bu prosesə cəlb edilən bütün şəxslərin adları mənə məlumdur", - deyə o əlavə edib.
Şahzadənin sözlərinə görə, məhz hazırlanan sui-qəsd səbəbindən o, mühafizə xidmətindən məhrum edilib.
"Və onlar məni sadəcə olaraq mühafizə xidmətindən məhrum etməklə kifayətlənmədilər, həmçinin dünyanın hər bir hökumətinə siqnal göndərdilər ki, bizi qorumaq lazım deyil", - deyə Şahzadə Harri iddia edib.
"Şahzadə Harri" teqi üzrə xəbərlər
- Şahzadə Harri üç dəfə qapını səhv saldı
- Şahzadə Harri məhkəməni uduzdu
- Şahzadə Harrinin xərçəng xəstəsi olan atasını niyə ziyarət etməməsinin səbəbi açıqlandı
- Kral ailəsində dramatik münasibətlər: Şahzadə Harriyə atası ilə bağlı mühüm məlumat verilmədi
- Meqan Markl və şahzadə Harrini narazı salan səbəb açıqlandı: "O, çox da məmnun deyil"