Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şahzadə Harri və Meqan Markl Avropada ev alıblar
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Avropada ev alıblar.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Sasseks hersoqu və hersoginyası 2023-cü ilin martında Böyük Britaniyanın Kralı III Çarlz onları Vindzor qraflığındakı Froqmor kottecindən çıxarmağa qərar verdikdən sonra Portuqaliyada daşınmaz əmlak alıblar.
Evin alınması, çox güman ki, cütlüyə Şengen zonası ölkələrinə məhdudiyyətsiz səyahət etmək imkanı verəcək.
Həmçinin qeyd olunur ki, şahzadə Harri və Meqan Markl Portuqaliyada daşınmaz əmlak alan yeganə kral ailəsi üzvləri deyil. Şahzadə Yevgeniya və həyat yoldaşı Cek Bruksbenkin lüks "CostaTerra Golf and Ocean Club" kompleksində evi var.
"Şahzadə Harri" teqi üzrə xəbərlər
- Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər
- Tramp şahzadə Harrini ABŞ-dən qovacaq?
- Şahzadə Harri Meqan Marklla nikahındakı problemlər haqqında: "Biz 10 dəfə boşanmışıq"
- Şahzadə Harri ilk döyməsini nümayiş etdirdi
- Kral ailəsində yeni qalmaqal: Harri Uilyam və Keytin evliliyinin saxta olduğuna işarə edib