Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber avqustun 15-də tutduğu vəzifədən istefa verib.
Oxu.Az-ın xəbərinə görə, istefanın səbəbləri haqqında heç bir məlumat verilmir. Salberin tutduğu vəzifəyə müvəqqəti olaraq təyinat olmayıb.
Avropa strukturlarında Salberin xələfinin müəyyənləşdirilməsi üçün konsultasiyalara başlanılıb.
N.О.