SEPAH ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbə endirdiyini açıqlayıb.
Oxu.Az IRIB-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanında yerləşən Əl-Xarc bazasında ABŞ hərbi aviasiya heyətinin dislokasiya məntəqəsi pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirilən birgə əməliyyat zamanı hədəfə alınıb.
"Bu əməliyyat zamanı ABŞ ordusunun ən azı 200-dən çox hərbçisi məhv edilib və ya yaralanıb", - deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, ölən və yaralananların böyük hissəsinin ABŞ qırıcılarının pilotları olduğu iddia edilir.