Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya sərbəst buraxılıb.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, o, müayinə üçün Seyrantepe Hamidiye Etfal Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Məhkəmə Tibb Ekspertizasına müvafiq testlər üçün saç və qan nümunələrini təqdim edən Sarıkaya daha sonra sərbəst buraxılıb.
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, ölkə xaricində olan məşhur aktrisa Türkiyəyə dönəndən dərhal sonra nəzarətə götürülüb.
Qeyd edilib ki, İstanbul şəhərində məşhurlarla bağlı aparılan narkotik maddə istintaqı daxilində ümumilikdə 25 şübhəli barəsində saxlanılma qərarı qəbul edilib.