"Rəsmi Tehran həm hərbi, həm də diplomatik müstəvidə "güzgü effekti" prinsipinə sadiq qalacaq".
Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi İbrahim Rzayi "X" hesabında bildirib.
"Hərbi qarşıdurma zamanı bizim taktikamız "dişə diş", diplomatik mübarizədə isə "addıma qarşı addım" olub. Uğursuzluğa düçar olmuş prezidentin yalanlarına inanmayın - zaman amerikalıların ziyanına işləyir.
Əgər onlar razılaşma əldə etmək istəyirlərsə, qoy danışıqlara başlasınlar. Yox, əgər benzinin 6 dollar olmasını arzulayırlarsa, o zaman ayaqlarının altında ot bitənə qədər gözləməyə və blefə davam etsinlər. İran heç bir təzyiqə boyun əyməyəcək və hədə-qorxuya təslim olmayacaq", - deyə Rzayi vurğulayıb.