Türkiyədə İstanbulun Bakırköy Prokurorluğu məşhurların narkotik istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində yeni detalları ortaya çıxarıb.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, istintaq çərçivəsində ümumilikdə 20 nəfər saxlanılıb.
Həmin şəxslərdən narkoloji testlər götürülüb.
Nəticədə Feyza Civelek, Onur Tuna, "Blok3" və digər şəxslərin nəticələri müsbət, Tuğçe Postoğlu, Cansu Teki, Berkay Şahin, Mirgün Çabas və Serenay Sarıkayanın nəticələri mənfi çıxıb.