Azov dənizində dron hücumu zamanı sağ qalan azərbaycanlı dənizçi yaşanan dəhşətli anlardan danışıb.
Hadisə zamanı gəmidə olan və sağ qalan heyət üzvü faciəni Baku TV-yə belə təsvir edib:
"3-cü kapitan Məhəmməd Əliyev idi. Xidmət dəyişərkən dron vasitəsilə iki zərbə endirildi. Biz nə qədər kömək etmək istəsək də, buna nail ola bilmədik. Son 6 ilin ən güclü zərbəsi idi. Gəmi Moskvanın hədəfində idi. Onları heç cür xilas edə bilmədik. Həlak olanlar orada qaldılar".
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib. Nəticədə beş nəfər həlak olub.