Səudiyyə Ərəbistanında qadınlar rəsmi olaraq, kişi cinsindən olan qəyyumlardan - ata, qardaş və ya həyat yoldaşından uşağın dünyaya gətirilməsi ilə bağlı məsələlərdə məsləhət almayacaq.
Oxu.Az “The National” nəşrinə istinadən xəbər verir ki, səudiyyəli qadınlar doğuşun təbii, yoxsa qeysəriyyə yolu ilə aparılacağını özləri seçəcəklər.
Bundan başqa, qadınlar qəyyumlarının imzası olmadan həkimlərdən hamiləliyin gedişatını və uşağın dünyaya gəlmə vaxtını, eləcə də, doğuş zamanı yaxın qohumunun onun yanında olub-olmamasını müəyyən edəcəklər.
Rəylər