Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.
Bu haqda Oxu.Az BBC News-a istinadla xəbər verir.
Kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.
Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2017-ci ildə qəbul edilən “Vision 2030” proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.
Səudiyyə Ərəbistanında qadınlar maşın sürə biləcək
Rəylər