Prezident Pak Kın Xenin hakimiyyətdən uzaqaşdırılmasından sonra Seulun mərkəzində qarşıdurma zamanı iki nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ölənlərdən biri 72 yaşlı kişidir, o başından aldığı yaralardan dünyasını dəyişib. Çox güman ki, o, sabiq prezidentin tərəfdarlarından olub. İkinci ölən barədə məlumat yoxdur.
Cənubi Koreyanın paytaxtında Pak Kın Xenin tərəfdarlarının və rəqiblərinin mitinqi keçirilirdi, onlar prezidentin vəzifədə qalmasını və ya impiçmentini təsdiqləyəcək məhkəmənin qərarını gözləyirdilər. Qərar elan edildikdən sonra polis küçədə mitinq iştirakçılarının toqquşmasından ehtiyat edirdi.
Pak Kın Xe Cənubi Koreyada impiçment üzrə vəzifəsindən kənarlaşdırılan ilk prezident oldu. Cümə günü Konstitusiya Məhkəməsi prezidentin impiçmentini təsdiqləyib. İmpiçment keçən ilin dekabr ayının 9-da elan edilib. Bu gündən etibarən 60 gün ərzində ölkədə yeni prezidentin seçkiləri keçiriləcək.
N.О.
www.oxu.az