Şimali Koreya Vaşinqtonda yerləşən Ağ evin raket zərbələri ilə şərti olaraq məhv edilməsi ilə bağlı təbliğat videosu yayıb.
Oxu,Az Report-a istinadən xəbər verir ki, bu barədə “The New York Magazine” nəşri yazıb.
Videoyazıda Pxenyan tərəfindən keçirilən hərbi paradlar, raket sınaqları, həmçinin Amerika texnikası, ABŞ-ın hədəfdə olan görməli yerləri, xüsusilə də Ağ ev və “Karl Vinson” aviadaşıyıcısı nümayiş olunur.
Videoyazı Ağ evin partladılması ilə başa çatır.
S.S.
www.oxu.az