Bir qrup Şimali Koreya əsgəri Cənubi Koreya ilə hərbi demarkasiya xəttini keçib.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Məlumata görə, Şimali Koreya əsgərləri sərhədə yaxın ərazidə mühəndislik işləri aparıblar. Bu zaman onlar təsadüfən demarkasiya xəttini keçiblər.
Cənubi Koreya əsgərləri xəbərdarlıq atəşi açdıqdan sonra Şimali Koreya hərbçiləri geri qayıdıblar.
Sərhədi neçə nəfərin keçdiyi və onların silahlı olub-olmadığı barədə məlumat verilməyib.
Agentliyin məlumatına görə, bu il təxminən 10 oxşar hadisə baş verib.