Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şimali Koreya lideri ordunu müharibəyə hazır olmağa çağırıb
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun qvardiya hərbi-hava diviziyasının nəzdindəki aviasiya alayına baş çəkib.
Oxu.Az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, K.Ç.In Hərbi Hava Qüvvələrinin aviasiya dəstələrinin döyüş təlimlərinə başçılıq edib.
Bildirilir ki, təlimlər zamanı aviasiya eskadrilyalarının, zenit-raket, radiolokasiya stansiyası və radioelektron mübarizə bölmələrinin hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşq edilib.
Şimali Koreya lideri vurğulayıb ki, ordunun bütün hissələri müharibəyə hazırlıqda köklü dəyişiklik edərək hərbi əməliyyatlara daim hazır olmalıdır.
"KXDR (Şimali Koreya)" teqi üzrə xəbərlər
- Kim Çen Inın gözləri qarşısında qəzaya uğrayan esminesin briqada rəisi ÖLÜB
- Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhəddə sükut: Səsli təbliğat dayandırıldı
- "Qorxulu skrinşot" funksiyası: Hər toxunuşun qeydə alındığı telefon sızdırıldı
- Kim Çen Inın gözü qabağında qəzaya uğrayan esminesin istintaqı başladı: Həbslər həyata keçirilir
- Rusiyanın Kursk vilayətində Şimali Koreyanın itkiləri açıqlanıb