Mayın 21-də Şimali Koreyanın Çxoncin tərsanəsində yeni gəminin suya buraxılması zamanı baş vermiş qəza ilə əlaqədar üç nəfər saxlanılıb.
Oxu.Az bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir.
Bildirilir ki, esminesin arxa hissəsinin buraxılış arabası vaxtından əvvəl stapeldən çıxıb və maneəyə çırpılıb.
Şimali Koreya lideri Kim Çen In mərasimdə iştirak edib və hadisəni "böyük qəza və cinayət" adlandırıb.
İnsindentlə əlaqədar Çxoncin tərsanəsinin mühəndisi, sex müdiri və inzibatçı saxlanılıblar. Onları qəzanın təqsirkarları adlandırırlar.