Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin mərkəzində, italyan kafesinin qarşısında baş verib.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, ötən gün Somalinin cənubunda “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən biri Abdi Badip məhv edilib. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
A.M.