ABŞ-nin "SpaceX" şirkəti ölkənin Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin maraqları çərçivəsində "Falcon-9" daşıyıcı raketini orbitə buraxıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Raket yerli vaxtla saat 19:13-də (Bakı vaxtı ilə saat 06:13) ABŞ kosmik qüvvələrinin Vandenberq bazasından (Kaliforniya ştatı) havaya qalxıb.
Startdan bir neçə dəqiqə sonra "Falcon-9"un birinci pilləsi uğurlu enişini həyata keçirib. Bu, həmin sürətləndiricinin doqquzuncu istifadəsi olub. Belə texnologiya "SpaceX"ə buraxılış xərclərini azaltmağa imkan verir.
"NROL-172" missiyasının startı 2026-cı ildə "SpaceX"in Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsinin maraqları üçün ikinci buraxılışı olub.
ABŞ-nin kəşfiyyat peyklərini nəzarətdə saxlayan idarənin fəaliyyəti ciddi şəkildə məxfidir. Aparatların parametrləri və təsviri açıqlanmır.